BAKI, 16 iyun. TELEQRAF
Ermənistanın Lori rayonunda Müdafiə Nazirliyinin avtomobili aşıb.
Teleqraf xəbər verir ki, faktı “Armenpress”ə Ermənistan Müdafiə Nazirliyi təsdiqləyib.
Məlumata görə, Loridə nazirliyə məxsus avtomobilin aşması nəticəsində hərbçilərdən heç biri xəstəxanaya yerləşdirilməyib.
Hadisə zamanı bir hərbçinin yüngül xəsarət aldığı bildirilir.