AZ

Donald Trampın şirkəti kriptovalyuta ETF-ləri üçün müraciət edib

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın "Truth Social" sosial şəbəkəsininana şirkəti olan "Trump Media & Technology Group Corp." (TMTG)"Truth Social Bitcoin" və "Ethereum ETF" fondlarını işə salmaq üçünmüraciət edib.

Trend xəbər verirki, bu barədə "Bloomberg" məlumat yayıb.

Məlumata görə, fond birbaşa kriptovalyutalara – bitkoin və efirə– investisiya edəcək. ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasınınsaytında yerləşdirilən sənədlərə əsasən, portfelin 75 faizibitkoinə, 25 faizi isə efirə yönəldiləcək.

ETF-in bitkoin üzrə eksklüziv qoruyucusu "Crypto.com"platforması olacaq. Fondun fəaliyyətə başlaması ABŞ tənzimləyiciorqanlarının təsdiqinə tabedir. Təsdiqləndiyi halda, "Truth SocialBitcoin" və "Ethereum ETF" Nyu-York Fond Birjasının "NYSE Arca"platformasında ticarətə çıxarılacaq.

Qeyd edək ki, mayın sonunda TMTG bitkoin alınması üçün təxminən2,5 milyard dollar vəsait cəlb edəcəyini açıqlamışdı.

Bununla belə, şirkətin səhmləri bazar ertəsi günündə 1,7%ucuzlaşıb.

Seçilən
6
az.trend.az

1Mənbələr