AZ

“Hava şəraiti hər şeyi çətinləşdirir”

PSJ-nin yarımmüdafiəçisi Vitinya 2025-ci il Klublararası Dünya Çempionatında Madrid “Atletiko”su üzərində qazanılan 4:0 hesablı qələbədən sonra ABŞ-dakı hava şəraitindən danışıb.

90deqiqe.Az-ın "RMC Sport"a istinadən yaydığı məlumata görə, portuqaliyalı futbolçu yüksək temperaturun futbolçular üçün böyük çətinlik yaratdığını bildirib:

“Əlbəttə, bu, çətindir. Hər iki komanda üçün eyni vəziyyətdir. Ola bilsin, “Atletiko” üçün daha çətindir, çünki onlar topa sahib olmadan oynayırlar.

Mənim üçün isə topun ardınca qaçmaq çox ağır oldu. Burada hava çox istidir, hamımız qızarmışıq. Həqiqətən asan deyildi. Amma bərpa olunmağa maksimum çalışırıq, çünki mövsümün bu mərhələsində bu amil həlledici rol oynaya bilər”.

Qeyd edək ki, Klublararası Dünya Çempionatı 15 iyun – 13 iyul tarixlərində ABŞ-da keçirilir. Turnirdə 32 komanda iştirak edir və onlar səkkiz qrupa bölünüb. Hər qrupdan ilk iki yerin sahibi pley-off mərhələsinə yüksələcək.

PSJ turnirdə B qrupunda çıxış edir. Paris təmsilçisinin rəqibləri “Sietl Saunders”, Braziliya klubu “Botafogo” və “Atletiko”dur.

Seçilən
20
90deqiqe.az

1Mənbələr