AZ

ABŞ müharibəyə daxil olacaq? Trampdan qəribə cavab

Axar.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İran İsraillə konfliktdə deeskalasiya istəyir.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Kanadada keçirilən G7 sammiti çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

"Onlar (İranlılar – red.) danışmaq istərdilər, amma bunu daha tez etməli idilər. Mənim 60 günüm var idi, onların da 60 günü var idi və 61-ci gündə dedim ki, bizim müqaviləmiz yoxdur (Tramp bundan öncə İsrailin İrana “61-ci gündə” zərbə endirdiyini bildirmişdi – red.)”, – o vurğulayıb.

Tramp qeyd edib ki, İran razılığa gəlməli olacaq:

“Bu (müharibə - red.), hər iki tərəf üçün ağrılıdır, amma deyərdim ki, İran bu müharibədə qalib gəlmir və çox gec olmadan danışıqlar lazımdır”.

O, ABŞ-ın bu münaqişəyə hərbi müdaxiləyə sövq edilə biləcəyi barədə suala isə belə cavab verib:

“Biz həmişə İsraili dəstəkləmişik. Biz bunu uzun müddətdir, güclü şəkildə etmişik və indi İsraildə hər şey yaxşıdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
3
axar.az

4Mənbələr