AZ

Mirzoyan ATƏT sədri ilə danışdı: Sülh müqaviləsi...

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Finlandiyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenlə telefonla danışıb.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilib ki, tərəflər Ermənistan-ATƏT əməkdaşlığı məsələlərini müzakirə ediblər. A.Mirzoyan və E.Valtonen həmçinin regional məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Mirzoyan Ermənistan və Azərbaycan arasında nizamlanma prosesində son müzakirələri, o cümlədən sülh müqaviləsinin imzalanmasına yönəlmiş səylər barədə danışıb.

Seçilən
26
9
buta.tv

10Mənbələr