AZ

İsrail XİN: İrana zərbələr Avropanın təhlükəsizliyinə xidmət edir

BAKI, 16 iyun. TELEQRAF

İsrailin xarici işlər naziri Gideon Saar Avropa İttifaqının xarici işlər naziri Kaja Kallas ilə telefon danışığında İsrailin İrana zərbələrinin "Avropanın təhlükəsizliyinə xidmət etdiyini bildirib və onların davam etdiriləcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, G.Saar bu barədə sosial şəbəkə hesabında yazıb.

O bildirib: "Mən Aİ-nin Xarici İşlər üzrə Ali Nümayəndəsi Kaja Kallası İrandakı İsrail ordusunun əməliyyatı və İsraildəki mülki itkilər barədə məlumatlandırdım. İsrailin İranın nüvə proqramı, ballistik raketləri və pilotsuz təyyarələri ilə bağlı addımlarımızın birbaşa Avropanın təhlükəsizliyinə xidmət etdiyini vurğuladım. Xüsusi qeyd etdim ki, biz işi başa çatdırmamışıq və onu başa çatdırmağa çalışacağıq”.

Nazir həmsöhbətinin diqqətini ona çəkib ki, "İsrailin hərbi obyektləri hədəfə alır, İran isə qəsdən yəhudi dövlətinin mülki əhalisinə zərbə vurur".

Seçilən
25
1
teleqraf.com

2Mənbələr