AZ

"Sevilya" argentinalı mütəxəssisə tapşırılıb

İspaniyanın "Sevilya" klubu yeni baş məşqçisinin adını açıqlayıb.

İdman.biz xəbər verir ki, Matias Almeyda bu vəzifəyə təyin olunub.

Son mövsümü La Liqada 17-ci olan "Sevilya" argentinalı mütəxəssislə 3 illik müqavilə imzalayıb. Almeyda bunadək Argentinanın “River Pleyt”, “Banfild”, Meksikanın “Çivas”, ABŞ-ın “San Xose” və Yunanıstanın AEK klublarında fəaliyyət göstərib.

Qeyd edək ki, 51 yaşlı mütəxəssis 2022/2023 AEK-ə Yunanıstan çempionu titulunu qazandırıb.

İdman.biz

Seçilən
19
idman.biz

1Mənbələr