AZ

Sadiq Qurbanov: İğdır-Naxçıvan qaz boru kəmərinin Naxçıvanın inkişafında mühüm rolu olacaq

Naxçıvan, 16 iyun, AZƏRTAC

Azərbaycan bu gün bütün dünyanın, xüsusilə də Avropanın enerji təhlükəsizliyində böyük rol oynayır. Müəyyən səbəblərə görə isə təbii qazını öz ərazisinə başqa dövlətlərin ərazisindən keçməklə çatdırır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Naxçıvanda keçirilən İğdır–Naxçıvan qaz boru kəməri üzrə paralel auditin yekun hesabatlarının təqdimatı mərasimindən sonra jurnalistlərə açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.

Komitə sədri qeyd edib ki, enerji inkişaf deməkdir. Enerji hər bir ölkənin inkişafında xüsusi çəkiyə malikdir. Xüsusilə də Naxçıvanın inkişafında bu boru xəttinin mühüm rolu olacaq.

"İnanıram ki, bu boru xəttinin tikintisi Naxçıvanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq”, - deyə Sadiq Qurbanov əlavə edib.

Seçilən
37
2
azertag.az

3Mənbələr