AZ

İsrail XİN: İrana zərbələr Avropanın təhlükəsizliyinə töhfə verir

Xalqcebhesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

İsrailin xarici işlər naziri Gideon Saar Avropa İttifaqının xarici işlər naziri Kaya Kallas ilə telefon danışığında ölkəsinin İrana zərbələrinin Avropanın təhlükəsizliyinə töhfə verdiyini bildirib və onların davam etdiriləcəyini açıqlayıb.

"Report"un xəbərinə görə, İsrailin xarici işlər naziri bu barədə “X” sosial şəbəkəsində yazıb.

"Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallası İsrail Ordusunun İrandakı əməliyyatı və İsraildəki mülki itkilər barədə məlumatlandırdım. İsrailin İranın nüvə proqramı, ballistik raketləri və pilotsuz təyyarələri ilə bağlı hərəkətlərinin birbaşa Avropanın təhlükəsizliyinə töhfə verdiyini vurğuladım", - paylaşımda qeyd olunur.

“Xüsusi qeyd etdim ki, biz işi başa çatdırmamışıq və onun başa çatdırılması üzərində işləməyə davam edəcəyik”, - o əlavə edib.

Nazir həmsöhbətinin diqqətini “İsrailin hücum etdiyi hərbi hədəflərlə İranın yəhudi dövlətinin mülki əhalisinə qəsdən və qeyri-qanuni zərbələri arasındakı fərqə” çəkdiyini də vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
7
icma.az

8Mənbələr