BAKI, TurkicWorld
İran Silahlı Qüvvələri yaxın saatlarda İsrailin etdiyi hücumlara cavab olaraq sarsıdıcı cavab verməyi planlaşdırır.
TurkicWorld xəbər verir ki. bu barədə İranın SNN telekanalı məlumat yayıb.
Məlumata görə, cavab hücumları çoxsaylı hərbi mərkəzləri hədəf alacaq.
"İran tərəfi ələxsus da, İsrailin İrana qarşı hücumlarında rol oynamış Ramat-David hərbi hava bazasını vurmağa hazırlaşır" - deyə, məlumatda bildirilib.
Xatırladaq ki, İsral Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.