AZ

İran İsraili raket yağışına tutub - VİDEO

İsrail İranın yeni raket hücumu başlatdığını açıqlayıb.

Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, İsrailin şimalında yaşayanlara sığınacaqlara girmələri üçün xəbərdarlıq edilib.

Həmçinin insanlara açıq yerlərdən və insanların sıx olduğu məkanlardan uzaq durmaq çağırışı edilib. Bununla yanaşı havadan müdafiə sistemləri raketlərin qarşısını almaq üçün hərəkətə keçib.

İran İnqilab Keşikçiləri Korpusu Təl-Əvivdəki israillilərə “İran İsrail ərazisinə tarixdə ən böyük və ən intensiv raket hücumu hazırlayır. Təl-Əvivi boşaldın!" çağırışı edib.

Məlumata görə, son 3 gün ərzində İranın İsrailə atdığı raket və bombalar şəhərlərdə ciddi dağıntı və tələfata səbəb olub.

QAZİLER.AZ

Seçilən
17
qaziler.az

1Mənbələr