AZ

Erməni kilsəsi yenə Paşinyana meydan oxudu

Erməni Apostol Kilsəsinin Şirak Yeparxiyasının primatı, arxiyepiskop Mikael Açapayan arxiyepiskoplar arasında baş nazir Paşinyanın ideyalarını dəstəkləyənlərin olmadığını deyib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə o, yerli jurnalistlər qarşısında çıxışı zamanı bəyan edib.

“Düşünmürəm ki, yoxdur. Münaqişəyə girmək istəməyən, hakimiyyətə qarşı çıxmaq istəməyən yepiskoplar var. Amma onlar, şübhəsiz ki, katolikosu dəstəkləyirlər. Hakimiyyət itaətkar kilsə əldə etmək istəyir”, – deyə arxiyepiskop qeyd edib.

Kilsə nümayəndəsi hətta Paşinyanın bir sıra dərmanlar qəbul etdiyini də bildirib.

Hakimiyyətin zorakılığa əl ata biləcəyi ilə bağlı təklifə cavab olaraq arxiyepiskop qeyd edib ki, kilsə bütün bunları görüb. Kilsədə katolikosun zorakılıqla dəyişdirilməsi istisna olunur. Bəli, istəkləri var, amma bu, istisnadır. Hakimiyyətin heç bir imkanı yoxdur və ola da bilməz. “Biz hər şeyə hazırıq”, – deyən Açapayan yerli iqtidara meydan oxuyub.

 

Musavat.com

Seçilən
22
musavat.com

1Mənbələr