AZ

“Arsenal”ın müdafiəçisi İtaliya nəhənginin diqqətində

“Arsenal”ın sol müdafiəçisi Aleksandr Zinçenko “Milan”ın transfer hədəfinə çevrilib.

90deqiqe.Az-ın "Football Italia"ya istinadən yaydığı məlumata görə, ukraynalı futbolçu İtaliya nəhəngi ilə danışıqlara açıqdır və keçidə maraq göstərir. İtaliya klubu futbolçunun agenti ilə əlaqə saxlayıb.

“Rossonerlər” Zinçenkonu hazırda komandadan ayrılması gözlənilən Teo Ernandesin əvəzedicisi kimi görür. Hernandesin müqaviləsi 2026-cı ilin yayına qədər davam edir, lakin o, Madridin “Atletiko” klubu ilə danışıqlar aparır. “Atletiko”nun 18 milyon avro plus bonuslar qarşılığında təklif etdiyi transfer “Milan” tərəfindən rədd edilib.

Zinçenkonun “Milan”a keçidinin taleyi Ernandesin satışından asılı olacaq. Klub Teonun transferindən əldə olunacaq vəsiqə olmadan ukraynalıya rəsmi təklif verməyəcək, lakin maraq artıq açıq şəkildə ifadə olunub.

Seçilən
24
90deqiqe.az

1Mənbələr