AZ

Adı "Fənərbağça" ilə hallanan hücumçu PSJ-yə keçir

"Yuventus"un adı "Fənərbağça" ilə hallanan hücumçusu Duşan Vlahoviç karyerasını Fransada davam etdirə bilər.

Paralel.az Oxu.Az-a istinadən xəbər verir ki, serb forvard PSJ-yə keçməyə hazırlaşır.

"Arsenal" və "Mançester Yunayted"in də maraq dairəsində olan Vlahoviçin Fransa çempionu ilə anlaşacağı gözlənilir.

Duşan başa çatan mövsümdə 41 görüşdə 15 qol vurub, beş asist edib. Serbiya millisinin hücumçusunun "Yuventus"la müqavilə müddəti qarşıdakı mövsümün sonunda başa çatacaq.

Seçilən
18
5
paralel.az

6Mənbələr