AZ

Vlahoviç “PSJ”nin transfer hədəfində

Yuventus”un hücumçusu Duşan Vlahoviç Fransa çempionatına keçə bilər.

90deqiqe.Az-ın "Caught Offside"yə istinadən yaydığı məlumata görə, 25 yaşlı forvard “PSJ”nin maraq dairəsindədir. Liqa 1 çempionu bu transferi cari transfer pəncərəsində həyata keçirə bilər.

Fransa nəhəngi artıq serbiyalının agenti ilə əlaqə saxlayıb.

Vlahoviçin bazar dəyəri 45 milyon avro qiymətləndirilir. Keçən mövsümdə “qoca sinyora”nın heyətində 41 oyuna çıxan hücumçu 15 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Turin klubuyla müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Seçilən
8
90deqiqe.az

1Mənbələr