AZ

Rusiya İrandan çıxmaq istəyən vətəndaşlara xəbərdarlıq etdi: Tək yol Astaradır

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rusiya Xarici İşlər Nazirliyi öz vətəndaşlarına İrandan çıxış üçün “Astara” sərhəd keçid məntəqəsi vasitəsilə Azərbaycana keçməyi tövsiyə edib. Bu çağırış İranın hava məkanının bağlanması fonunda edilib.

Globalinfo.az xəbər verir ki, nazirliyin yaydığı məlumatda bildirilir:

“İranın hava məkanının bağlanması ilə əlaqədar Rusiya vətəndaşları bu ölkəni Azərbaycanla sərhəddə yerləşən Astara keçid məntəqəsi vasitəsilə tərk edə bilərlər. İsraildən çıxış isə qonşu Misirə və ya İordaniyaya mümkündür”.

Bundan əlavə, Rusiya diplomatları İran və İsraildə olan vətəndaşlarına ciddi təhlükəsizlik xəbərdarlıqları edib.

“Yaxın Şərqdə vəziyyətin gərginləşməsi səbəbindən Rusiya vətəndaşları şəxsi təhlükəsizliyə maksimum diqqət yetirməlidir: hərbi və digər dövlət obyektlərinə yaxınlaşmamalı, foto və video çəkiliş etməməli, insanların kütləvi toplaşdığı yerlərdən uzaq durmalı, yerli hakimiyyətin təlimatlarına əməl etməli və lazım gəldikdə sığınacaqlara yönəlməlidirlər”, – deyə açıqlamada vurğulanır.

Xatırladaq ki, Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə əlaqədar Astara sərhəd keçid məntəqəsindən bir neçə ölkə vətəndaşlarının təxliyəsi həyata keçirilib. Bu ölkələrə Rusiya, ABŞ, Qazaxıstan, Belarus, Qırğızıstan daxildir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
1
globalinfo.az

2Mənbələr