AZ

Tehrandan ultimatum: danışıqlar üçün ilk şərt bəlli oldu

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“ABŞ danışıqları bərpa etmək istəyirsə, əvvəlcə İsrailin regiondakı təcavüzünü dayandırmalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı deyib.

“Mehr” agentliyinin məlumatına görə, İran lideri İsrailin Tehrana yönəlmiş hücumlarını dayandırmadan hər hansı diplomatik prosesin mümkün olmayacağını vurğulayıb.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə sazişi və regional təhlükəsizlik məsələləri üzrə danışıqlar bir müddətdir dayandırılıb. İsrailin son günlərdə İrana qarşı hərbi əməliyyatları isə vəziyyəti daha da gərginləşdirib.

Aysel Əliyeva

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
globalinfo.az

1Mənbələr