AZ

ABŞ dan çağırış: Dərhal İranı tərk edin

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

ABŞ vətəndaşlarını dərhal İranı tərk etməyə çağırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin “X” hesabında açıqlama yayılıb.

“ABŞ vətəndaşları heç bir səbəblə İrana səfər etməməli və orada olanlar dərhal ölkəni tərk etməlidirlər. İrandan çıxa bilməyən şəxslər uzun müddət sığınacaqlarda qalmağa hazır olmalıdır”, – deyə açıqlamada bildirilib.

Dövlət Departamenti əlavə edib ki, İranın hava məkanı bağlıdır və ölkədən hava yolu ilə çıxmaq istəyən ABŞ vətəndaşları aviaşirkətlərlə əlaqə saxlayaraq uçuş planlarını dəqiqləşdirməlidirlər.

Qeyd edilib ki, İranda ABŞ-ın maraqlarını təmsil edən İsveçrə səfirliyi müvəqqəti bağlanıb. Vətəndaşlara ABŞ-ın Bern şəhərindəki səfirliyinə yazaraq birbaşa Dövlət Departamenti ilə əlaqə saxlamaları tövsiyə olunub.

Xatırladaq ki, İsrail 13 iyun gecəsi İrana hərbi əməliyyata başlayıb. Az sonra İran cavab hücumu həyata keçirib.

Aysel Əliyeva

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
globalinfo.az

1Mənbələr