AZ

Ərdoğan: Atılan hər səhv addım yeni fəlakətlərin başlanğıcıdır

Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğan İsrailin bölgədəki hərəkətləri ilə bağlı sərt açıqlama verib.

Operativ Media xəbər verir ki, sosial media hesabında etdiyi paylaşımda Ərdoğan, İsrailin İran və Fələstinə yönəlmiş hücumlarını tənqid edərək bu siyasətin bölgəyə böyük fəlakətlər gətirə biləcəyini vurğulayıb.

“Batının sonsuz dəstəyi ilə İranı hədəf alan, Qəzzəni yerlə bir edən, bölgədəki hər ölkəyə qarşı zorbalıq göstərən İsrail, əslində nə etdiyinin fərqində deyil,” – deyə Ərdoğan bildirib.

O, İsrailin atdığı addımların yalnız Fələstin və ya İranla məhdud olmadığını, bütün bölgəni təsirə aldığını qeyd edib.
 

“Bu qədim coğrafiyada heç bir ölkə yalnız öz sərhədlərindən və idarəsindən ibarət deyil. Filistinə hücum yalnız bir neçə milyon insana deyil, bütün insanlığa qarşı bir hərəkətdir.”

Ərdoğan əlavə edib ki, Türkiyənin bölgədəki mövqeyi qitələrarası təsir gücünə malikdir və bu reallıqlar nəzərə alınmadan atılan hər addım gələcəkdə böyük faciələrə yol aça bilər.

“İsrail hər etdiyi zülm, axıtdığı qan və işlədiyi insanlıq cinayətləri ilə öz varlığını və gələcəyini riskə atır. Zülmün sonu dərin peşmanlıqdır.”

Prezident qeyd edib ki, Türkiyə və Türk milləti olaraq, tarixdən gələn mədəni irsin diktə etdiyi əxlaq, vicdan və ədalət prinsipləri ilə hərəkət edirlər. O, Balkanlar, Qarabağ, Liviya və Suriyada bu yanaşmanın nəticələrinin müşahidə olunduğunu vurğulayıb.

“İnşallah bundan sonra da təkcə ölkəmizdə deyil, bölgəmizdə də birlik, həmrəylik və qardaşlıq iqlimini gücləndirmək üçün təşəbbüslərimizi davam etdirəcəyik,” – deyə o bildirib.

Seçilən
36
operativmedia.az

1Mənbələr