AZ

“İnter” Çalhanoğlunun gələcək taleyi ilə bağlı qərarını açıqladı

BAKI, 17 iyun. TELEQRAF

İtaliyanın "İnter" klubun yayda yarımmüdafiəçisi Hakan Çalhanoğlunu satmaq fikrində deyil.

Teleqraf xəbər verir ki, bu barədə “Sky Sport” nəşri məlumat yayıb.

Məlumata görə, futbolçunun mümkün transferi ilə bağlı klubun digər komandalarla əlaqəsinin olmadığı, bununla bağlı "İnter"in yarımmüdafiəçiyə heç bir əvəz axtarmadığı bildirilir.

Daha əvvəl "Qalatasaray"ın Çalhanoğlu ilə maraqlandığı haqda xəbərlər yayılmışdı.

Qeyd edək ki, ötən mövsüm 31 yaşlı yarımmüdafiəçi bütün turnirlərdə 47 oyun keçirib, 11 qol vurub və 8 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Seçilən
22
1
teleqraf.com

2Mənbələr