AZ

“Səbail”i nə gözləyir? – qaranlıq aqibət

2024/25 mövsümünü sonuncu pillədə başa vurduğuna görə premyer-liqanı tərk edən “Səbail”in aqibəti bəlli deyil. Klubun sponsorsuz qaldığı haqda iddialar yayılıbsa, xeyli aparıcı futbolçusu ilə də yollarını ayıracağı bəllidi. Odu ki, Bayıl təmsilçisi dərhal maliyyə dayaqlarını gücləndirməli və 1-ci liqanın yeni mövsümü üçün hazırlıq işlərinə başlamalıdı.

Bəs bu yöndə çalışmalara nə vaxt start veriləcək?

“Football-plus.az”ın sualını “dənizçilər”in mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov cavabladı:
“Çempionat təzə başa çatıb. Hələ istirahət edirik. Bu məsələlərlə bağlı hansısa yenilik yoxdu. İşlər yaxın zamanda başlayacaq”.
Bu arada Rəşad bəyin “İmişli”dən hazırkı vəzifəsi üzrə təklif aldığı haqda xəbərlər də yayılıb. Həmkarımız həmin iddianın həqiqətəuyğun olmadığını, karyerasını “Səbail”də davam etdirəcəyini bildirdi.

KƏNAN BAHADIR
Seçilən
8
1
football-plus.az

2Mənbələr