AZ

“Neftçi”nin çalışdırıcısı: “Belə olsa, bir sıra gənc futbolçuları itirə bilərik”

“İndi gözləmə mövqeyindəyik”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi-2”nin baş məşqçisi Rəşad Abdullayev deyib.

Əvəzedicilər Liqasında mövsümü ikinci yerdə bitirən komandanın çalışdırıcısı çempionatın ləğv ediləcəyi barədə xəbərlərə münasibət bildirib:

“Biz də bu haqda mətbuatdan oxuyuruq. Əvvəllər də bu liqa ləğv edilib.

Qərara uyğun öz strategiyamızı quracağıq. Hələ ki, bizə nəsə deyilməyib.

Əvəzedicilər Liqasının ləğv edilməsi ölkə futboluna nə verə bilər? Onu deyim ki, bir sıra gənc futbolçuları itirə bilərik.

U-19 komandasından ikinci komandaya və burdan da əsas komandaya yüksələnlər olurdu

. Bu formada işimizi davam etdiririk. Amma yaxşı tərəfi də var”.

Seçilən
17
sportinfo.az

1Mənbələr