AZ

Mask: ABŞ cari maliyyə siyasəti altında defolt riski ilə üzləşir

Milyarder İlon Mask cari maliyyə siyasətinin dəyişmədiyi təqdirdə ABŞ-nin defolt riskləri barədə xəbərdarlıq edib.

"Report" xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində ABŞ hökumətinin borcunun həcmi və ona xidmət göstərilməsi ilə bağlı nəşri şərh edərkən yazıb.

“Belə davam etsə, ABŞ faktiki müflisləşəcək və bütün vergi gəlirləri milli borcun faizlərinin ödənilməsinə gedəcək, başqa heç nəyə pul qalmayacaq”, - Mask qeyd edib.

Şərhə səbəb "Wall Street Mav"ın ABŞ federal büdcəsinin vergi gəlirlərinin təxminən 25 %-inin sırf 37 trilyon dollara çatan milli borcun faizlərinin ödənilməsinə xərclənməsinə dair yazısı olub. Eyni zamanda, büdcənin illik gəlirləri təxminən 5 trilyon dollar təşkil edir.

Paylaşıma 1960-cı illərdən 2025-ci ilə qədər ABŞ-nin dövlət borcunun artımının qrafiki əlavə edilib. Qrafik göstərir ki, 2000-ci illərin əvvəllərindən etibarən dövlət borcu xüsusilə sürətlə artmağa başlayıb və 2025-ci ilin yanvarında əvvəllər müəyyən edilmiş 36,1 trilyon dollar həddini artıq keçib.

Seçilən
8
4
report.az

5Mənbələr