AZ

"Bayern Münhen"in hücumçusu Zaqreb "Dinamo"suna keçdi -RƏSMİ

"Bayern Münhen"in hücumçusu Qabriel Vidoviç Zaqreb "Dinamo"suna transfer olunub.

Fanat.Az xəbər verir ki, informasiyanı Almaniya nəhənginin rəsmi saytı yayıb.

21 yaşlı forvard 2016-cı ildən "Bayern"in strukturunda idi. O, Münhen klubunun əsas komandasında 8 matça çıxıb. Vidoviç 2022-ci ilin aprelindən Xorvatiyanın U-21 millisinə çağırılır.

Xatırladaq ki, "Bayern" geridə qalan mövsümdə Vensan Kompaninin rəhbərliyi altında Bundesliqanın qalibi olub.

Nihat

Seçilən
9
1
fanat.az

2Mənbələr