BAKI, 16 iyun. TELEQRAF
Fransadakı Luvr muzeyinin əməkdaşları iş şəraitinin yaxşılaşdırılması tələbi ilə kortəbii tətil keçiriblər.
Teleqraf xəbər verir ki, məlumatı "Monde" qəzeti yayıb.
Bildirilir ki, rəhbərliklə aylıq məlumatlandırma görüşü iş şəraitinin pisləşməsinə qarşı çıxış edən qalereya əməkdaşları, administrasiya və təhlükəsizlik işçilərinin etiraz aksiyasına çevrilib.
Muzey bir neçə saat bağlı qalıb. Qəzet qeyd edir ki, bəzi ziyarətçilər bilet almalar da, muzeyin açılmasını gözləmədən çıxıb gediblər.