AZ

Netanyahu İranlıların müxalif telekanalına müsahibə verib. Nələr söyləyib?

İsrailin Baş nazir Benyamin Netanyahu bazar ertəsi Londonda yerləşən dissident İran International-a müsahibə verib. O, xüsusi müsahibəsində İsrailin İrana qarşı davam edən hərbi əməliyyatlarının İran xalqı üçün "zalım rejimi" devirmək üçün misilsiz fürsət yaratdığını söyləyib.

Netanyahu İslam Respublikasının günlərinin sayılı olduğuna inandığını bildirərək iranlıları bu anı azadlıq üçün dəyərləndirməyə çağırıb. "Bir işıq yandırılıb, onu azadlığa daşıyın," - Netanyahu deyib. O, əlavə edib: "Bu, sizin zamandır, sizin azadlıq saatınız yaxınlaşıb".

Netanyahu İsrailin hərbi kampaniyasını həm müdafiə müharibəsi, həm də iranlıların uzun müddətdir İsrailə və bölgəyə təhdid yaradan rejimə qarşı ayağa qalxması üçün kritik bir an kimi xarakterizə edib. O, İslam Respublikasını İsrailə qarşı yönəlmiş nüvə və ballistik raketlərin təhdidi üzərində qurulmuş bir rejim olaraq dəyərləndirib.

Seçilən
9
aznews.az

1Mənbələr