AZ

Belarus, Rusiya, Tacikistan və Vyetnam vətəndaşları İrandan Azərbaycana təxliyə olundu

Belarus, Rusiya, Tacikistan və Vyetnamdan daha bir qrup şəxs Azərbaycana təxliyə olunub.

"Report"un Cənub bürosunun məlumatına görə, təxliyə edilənlər arasında diplomatik korpusların nümayəndələri və onların ailə üzvləri, həmçinin İranda müxtəlif sahələrdə çalışan şəxslər olub.

Ötən 5 gün ərzində “Astara” sərhəd-keçid məntəqəsindən Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistanın xeyli sayda vətəndaşları eləcə də qismən ABŞ, İspaniya, Portuqaliya, Finlandiya, Filippin vətəndaşları Azərbaycana təxliyə olunublar.

Təxliyə olunan ən böyük qrup isə İranda bir aydır film çəkilişi aparan Rusiyanın incəsənət ustalarıdır.

Ötən gün axşam təxliyə edilənlər arasında əslən Cənubi Azərbaycanın Ərdəbil vilayətindən olan İtaliya vətəndaşı, xalçaçı-alim Tahir Sepahi də olub. O, Azərbaycana ailəsi ilə birlikdə gəlib. Alimin sözlərinə görə, hazırda İtaliyada yaşayır.

Təxliyə gecə saatlarında da davam edir. Təxliyə olunan xarici ölkə vətəndaşları avtobuslarla hava limanına yola salınır.


Telegram kanalımız
Seçilən
19
4
yenisabah.az

6Mənbələr