AZ

İrandan yeni cavab hazırlığı: Tel-əvivlilər şəhəri tərk etsin!

İsrailin hücumları və İranın cavab zərbələri ilə başlayan müharibə dördüncü gününə daxil olub. İran, İsrailin Kirmanşaha endirdiyi zərbədə Fərabi xəstəxanasının zərər görməsini “müharibə cinayəti” adlandıraraq qınayıb.

Sherg.az xəbər verir ki,  Netanyahu isə “İsrail Hərbi Hava Qüvvələri Tehran hava məkanına nəzarəti ələ alıb” iddiası ilə çıxış edib və Tehran sakinlərinə təxliyə çağırışı edib. İran da Tel-Əviv əhalisinə şəhəri tərk etməyi tövsiyə edib.

İran yeni raket hücumuna başladığını elan edib. İran İnqilab Keşikçiləri bu hücumun səhərə qədər davam edəcəyini bildirib.

İran Dövlət Televiziyası, Silahlı Qüvvələrin İsrail vətəndaşlarına ünvanlanan “təxliyə” xəbərdarlığını ehtiva edən bəyanatını yayımlayıb.

Bəyanatda belə deyilir: “Yaşamaq istəyirsinizsə, işğal altındakı torpaqları tərk edin.” Bununla yanaşı, İsrailin Kanal 12 və Kanal 14 televiziya kanallarına da “təxliyə” çağırışı edilib.

İsrail də daha əvvəl İran Dövlət Televiziyasına hücum etməzdən əvvəl təxliyə xəbərdarlığı etmişdi. İran Dövlət Televiziyasında yayımlanan bu xəbərdarlıq da “qarşılıqlı cavab (misilləmə)” kimi qiymətləndirilib.

Eyni zamanda, İranın Təbriz şəhərində İsrailə məxsus F-35 döyüş təyyarəsinin vurularaq düşürüldüyü iddia olunub.


Seçilən
6
1
sherg.az

2Mənbələr