Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
ABŞ prezidentinin oğulları kiçik Donald Tramp və Erik Tramp "Trump Mobile" komandası ilə birlikdə "T1 Mobile" mobil rabitə xidmətini və qızıl telefon təqdim ediblər.
Oxu.Az RBC-yə istinadən xəbər verir ki, bu barədə "The Trump Organization"un press-relizində bildirilir.
Flaqman tarifi ilə "T1 Mobile" üçün "The 47 Plan" müştəriyə ayda 47.45 dollara (təxminən 80 manat - red.) başa gələcək.
Xidmət limitsiz zənglər, 5G dəstəyi, pulsuz beynəlxalq zənglər, dərmanların çatdırılması və virtual tibbi xidmət, "Drive America" xidməti vasitəsilə yollarda yardım vəd edir.
Mobil rabitə xidmətinin istifadəyə verilməsindən sonra Tramp qardaşları qızıl "T1" telefonunun layihəsini təqdim ediblər. Smartfon avqustda geniş ictimaiyyətə təqdim olunacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.