AZ

KİV: Tramp İrana danışıqlar masasına oturmaq üçün son şans verəcək

ABŞ Prezidenti Donald Trampın İsraillə İran arasında münaqişənin kəskinləşməsi fonunda Tehrana danışıqlar masasına oturmaq üçün “son şans” verəcəyi gözlənilir.

“Report” xəbər verir ki, bu barədə “Jerusalem Post” qəzeti Amerika və Avropa mənbələrinə istinadən məlumat yayıb.

“Trampın İrana “son şans” təklifi təqdim edəcəyi gözlənilir. Belə bir təklif edilərsə, o, ABŞ-nin uranın sıfır zənginləşdirilməsi prinsipinə əsaslanacaq”, - nəşr yazıb.

Xatırladaq ki, İran və ABŞ Omanın vasitəçiliyi ilə Tehranın nüvə dosyesi ilə bağlı 5 raund danışıqlar aparıb. Danışıqların sonuncusu mayın 23-də İtaliyanın paytaxtı Romada baş tutub. Onun nəticələrindən sonra İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi Omanın təklif etdiyi danışıqlarda irəliləyişə nail olmaq üçün maneələrin aradan qaldırılmasına kömək edə biləcək mexanizmləri açıqlayıb. İranlı nazirin sözlərinə görə, bu cür irəliləyiş bir və ya iki raundda mümkündür. Bununla belə, əsas maneə İranın uranı zənginləşdirmək imkanları məsələsi olub.

Seçilən
19
1
report.az

2Mənbələr