AZ

Tehranı tərk edən 12 rusiyalı alim Bakıdan Moskvaya gedib

Azxeber.com saytına istinadən ain.az xəbər verir.

İran-İsrail arasında münaqişənin gərginləşməsi səbəbindən Tehranı tərk etmək məcburiyyətində qalan 12 rusiyalı alim Bakıdan təyyarə ilə Moskvaya gedib.

Bunu A.M.Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondunun mətbuat katibi Alena İsakova deyib.

"İyunun 12-dən 14-dək Tehranda baş tutan "BRİKS Təhsil Ekspedisiyası”nda iştirak edən Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondunun nümayəndə heyətinin 12 üzvü bu gün (dünən-red) Bakıdan Moskvaya gəlib. Onların geri qaytarılması Fondun koordinasiyası ilə aparılıb", - A.İsakova bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
7
azxeber.com

10Mənbələr