AZ

Rusiya İsrail və İrana vasitəçilik təklif etdi

Rusiya İsrail və İran arasında vasitəçilik etməyə hazırdır. Metbuat.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov belə açıqlama verib. O bildirib ki, Rusiya böhranın əsas səbəblərini aradan qaldırmaq üçün əlindən gələni etməyə hazırdır. Peskovun sözlərinə görə, Rusiya bölgədə təhlükəli gərginliyə səbəb olan hərəkətləri qınayır. Peskov Rusiya Prezidenti Vladimir Putinin İran prezidenti Məsud Pezeşkian, İsrailin baş naziri Binyamin Netanyahu və ABŞ Prezidenti Donald Trampla mövzu ilə bağlı ayrı-ayrı telefon danışığı apardığına diqqət çəkib.

Rusiya və Ukrayna arasında danışıqların keçirilə biləcəyindən də danışan Peskov, tərəflərin hələlik bu barədə razılığa gəlmədiyini ifadə edib.

Seçilən
8
1
metbuat.az

3Mənbələr