AZ

Sky News: Starmer Rusiyaya qarşı yeni sanksiyaları elan edəcək

BAKI, 17 iyun. TELEQRAF.

Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukraynada atəşkəsə nail olmaq üçün Rusiyaya qarşı yeni sanksiyalar elan etmək niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə Britaniya hökuməti başçısının rəsmi nümayəndəsinə istinadən Sky News məlumat yayıb.

Onun sözlərinə görə, Starmer "aydın şəkildə bəyan edəcək" ki, Britaniya hakimiyyəti "Rusiya tam, qeyd-şərtsiz atəşkəsə hazır olana və ədalətli və davamlı sülhə nail olmaq üçün ciddi səy göstərdiyini nümayiş etdirənə qədər təzyiqləri artırmağa davam edəcək".

Sky News yeni sanksiyalar paketinin dəqiq nə vaxt açıqlanacağını və nələri ehtiva edəcəyini dəqiqləşdirməyib.

Seçilən
11
2
teleqraf.com

3Mənbələr