AZ

ABŞ-nin müdafiə katibi: Ayda Amerika əsgəri var

BAKI, 17 iyun. TELEQRAF

ABŞ-nin müdafiə katibi​ Den Driskoll televiziyaya verdiyi müsahibədə Ayda Amerika silahlı qüvvələrinin nümayəndəsinin olduğunu deyib.

Teleqraf xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.

D.Driscoll Fox News kanalında bir proqrama qatılıb, o, ABŞ hərbçilərinin qazandığı uğurları sadalayıb. Sonda o deyib: "Və bir şey də var: dünən biz hazırda Ayda olan bir astronavtla danışdıq və o, əsgərdir".

Bu açıqlama sosial şəbəkə istifadəçiləri arasında qızğın müzakirələrə səbəb olub. "Daily Mail" onun hazırda Beynəlxalq Kosmik Stansiyada olan amerikalı Enn Makkleyni nəzərdə tutduğunu bildirir. Onun hərbi rütbəsi var: xanım Makkleyn polkovnikdir.

Seçilən
21
2
teleqraf.com

3Mənbələr