AZ

Ukrayna kütləvi dron və raket hücumuna məruz qalıb

Ukraynanın bir çox bölgəsi PUA hücumuna məruz qalıb, Jitomir, Kiyev, Çerkassı, Kirovoqrad, Nikolayev, Odessa, Xerson, Zaporojye, Donetsk, Dnepropetrovsk, Xarkov, Poltava, Sumi və Çerniqov vilayətlərində, eləcə də Kiyevdə həyəcan təbili çalınıb.

APA xəbər verir ki, Ukrayna ordusunun Hava Hücumundan Müdafiə qüvvələri aktiv şəkildə PUA hücumuna qarşı mübarizə aparır.

Kliçko Darnitski rayonunda iki yerdə yanğınların olduğunu bildirir. Solomenski rayonunda da yanğın var, həkimlər hadisə yerindədir.

Kiyev meri Vitali Kliçko xalqa səslənərək şəhərin PUA hücumuna məruz qaldığını deyərək onları sığınacaqlarda qalmağa çağırıb.

Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr qeydə alınıb. Bəzi bölgələrdə dağıntıların olduğu, yanğın baş verdiyi qeyd olunur.

Kliçko paytaxtda 11 nəfərin yaralandığını, onların hamısının Solomenski rayonunda olduğunu, 6 nəfərin xəstəxanaya yerləşdirildiyini, qalanlarına isə yerindəcə yardım göstərildiyini deyib.

Seçilən
20
2
apa.az

3Mənbələr