AZ

Orbanın başını qılıncla kəsəcəyini deyən şəxs saxlanıldı

Macarıstanda ölkənin baş naziri Viktor Orbanı öldürməklə hədələyən 44 yaşlı kişi saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə "24.hu" məlumat yayıb.

Bildirilir ki, Tolna şəhərində saxlanılan şəxs internetdə baş nazirin başını qılıncla kəsəcəyini bəyan edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları onun evindən “insan həyatına son qoymağa qadir” silah götürüblər – buraya qılınc da daxildir.

Şübhəli şəxs adam öldürməyə cəhddə ittiham olunur və buna görə onu 1 ildən 5 ilədək həbs cəzası gözləyir.

Seçilən
18
publika.az

1Mənbələr