AZ

Kaka Ronaldu və Messi arasında seçim etdi

BAKI, 17 iyun. TELEQRAF

Braziliya millisinin sabiq kapitanı Kaka bütün zamanların ən yaxşı futbolçusu adı uğrunda əfsanəvi futbolçular - Kriştianu Ronaldu və Lionel Messi arasında favoritinin adını çəkib .

Teleqraf “Give me Sport” nəşrinə istinadən xəbər verir ki, sabiq futbolçu üstünlüyü portuqaliyalı forvarda verib.

Kaka bildirib: “Dünya kubokunu qazanmaq heç nəyi dəyişmir. Mən bütün titulları qazanmışam, amma tarixin ən yaxşısı deyiləm. Messi dahidir, amma tarixin ən yaxşısı və ən mükəmməli Kriştianu Ronaldudur".

Portuqaliya millisinin tərkibində 40 yaşlı Ronaldu Avropa çempionu olmaqla yanaşı, həm də iki dəfə Millətlər Liqasının qalibidir.

37 yaşlı Messi Argentina millisinin heyətində Dünya Kubokunu qazanıb. O, 2 dəfə Amerika Kubokunu da qazanıb, həmçinin Olimpiya çempionu olub.

Hər iki futbol ulduzunun klub səviyyəsində çoxlu kubokları var. Messi səkkiz, Ronaldu beş dəfə “Qızıl top”a sahib çıxıb.

Seçilən
42
teleqraf.com

1Mənbələr