AZ

Okeanın dərinliklərində sualtı möcüzələr diyarı tapıldı

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cənubi Atlantik okeanındakı Cənubi Sandviç adaları yaxınlığında aparılan 35 günlük dəniz ekspedisiyası zamanı alimlər əvvəllər məlum olmayan rəngarəng və zəngin bir ekosistem aşkar ediblər.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Science Alert" xəbər yayıb.

Bildirilir ki, "sualtı möcüzələr diyarı"nda tədqiqatçılar 700 metr dərinlikdə yerləşən hidrotermal mənbələr, dörd metr hündürlüyündə "isti su bacaları", qırmızı mərcan bağları, parazitli balıqlar, nadir dəniz ilbizləri və s. müşahidə ediblər.

Ən maraqlı anlardan biri isə elmə yalnız 2 il əvvəl məlum olmuş, lakin bu günə qədər çəkilə bilməyən nadir "Akarotaxis" balığının ilk dəfə görüntülənməsi olub.

Alimlər bu kəşfi "planetin ən təcrid olunmuş və bioloji baxımdan zəngin sualtı bölgələrindən birinə baxış" adlandırıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
1
oxu.az

2Mənbələr