AZ

Çin səfirliyi İsraildəki vətəndaşlarına ölkəni təcili tərk etməyi tövsiyə edib

Bakı. Trend:

Çinin İsraildəki səfirliyi bu ölkədə yaşayan vətəndaşlarınatəhlükəsizlik səbəbindən İsraili tez bir zamanda tərk etməyi,xüsusilə İordaniya ilə sərhədi keçməyə üstünlük verməyi tövsiyəedib.

Trend xəbər verirki, bu barədə səfirliyin rəsmi “WeChat” hesabında yayımlananbəyanatda bildirilib.

“Hazırda İsrail və İran arasında münaqişə kəskinləşməkdə davamedir. Bir çox mülki obyektə ziyan dəyib, mülki əhali arasındaitkilər artır və təhlükəsizlik vəziyyəti daha da ciddiləşib”, –deyə bəyanatda qeyd olunub.

Seçilən
28
1
az.trend.az

10Mənbələr