ain.az bildirir, sport24.az saytına əsaslanaraq.
Klublararası dünya çempionatının qrup mərhələsinin ilk turunda "Boka Xuniors" "Benfika" ilə üz-üzə gəlib. Sport24.az xəbər verir ki, 4 qolun vurulduğu oyunda qalib müəyyənləşməyib – 2:2.
"Boka Xuniors"da Migel Merentiel və Rodriqo Battaglia 6 dəqiqəlik fərqlə fərqləniblər. "Benfika"nın heyətində isə Anxel Di Mariya və Nikolas Otamendi adını tabloya yazdırıb.
72-ci dəqiqədə avropalıların heyətində Andrea Belotti qırmızı vərəqə alıb. 88-ci dəqiqədə isə Argentina klubunun müdafiəçisi Xorxe Nikolas Fiqal meydandan qovulub.
Qeyd edək ki,"Boka Xuniors" iyunun 21-də "Bavariya", "Benfika" isə iyunun 20-də "Oakland City" ilə qarşılaşacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.