AZ

Çində beyin-kompüter interfeysi implantasiyası uğurla həyata keçirilib

Bakı. Trend:

Çində 13 il əvvəl elektrik cərəyanı vurduqdan sonra bütünəzalarını itirmiş 36 yaşlı xəstəyə ölkədə ilk dəfə beyin-kompüterinterfeysinin (BCI) implantasiyası uğurla həyata keçirilib.

Trend-inməlumatına görə, bu barədə “Global Times” nəşri məlumat yayıb.

Miniatür implant sayəsində xəstə düşüncə gücü ilə kompüteriidarə edə bilir, bu da ona şahmat oynamağa və video oyunlaraqatılmağa imkan verir.

Layihə Çin Elmlər Akademiyasının alimləri və HuaşanUniversitetinin xəstəxanasında neyrocərrahların beşillik birgətədqiqat və əməliyyat səylərinin nəticəsidir. Bununla da ÇinABŞ-dən sonra klinik praktikada invaziv beyin-kompüter interfeysinitətbiq edən ikinci ölkə olub.

Sikkə ölçüsündə olan (diametri 26 mm, qalınlığı 6 mm-dən az)ultranazik çip 2025-ci ilin martında xəstənin beyninə implantasiyaedilib. İnsan saçından daha nazik elektrodlarla təchiz edilmişcihaz beyin toxumasına minimum zərər yetirərək yüksək dəqiqlikləsinir siqnallarını oxumağı təmin edir.

Seçilən
11
az.trend.az

1Mənbələr