Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Gülüş immunitet sistemini yaxşılaşdırmağa, psixi sağlamlığı gücləndirməyə və ağrıkəsici təsir göstərməyə qadirdir.
Oxu.Az "Publimetro" nəşrinə istinadla xəbər verir ki, bu barədə ABŞ-nin "Meyo" klinikasının mütəxəssisləri bildiriblər.
Ekspertlərin fikrincə, gülüş sinirlərdə və əzələlərdə elektrik aktivliyi fəallaşdırır, bu da beyinə çatır və endorfinlərin - ağrıkəsici təsirə malik təbii neyropeptidlərin ifrazına səbəb olur.
Onların sözlərinə görə, qısamüddətli perspektivdə gülüş ağciyərlərə oksigenin daxil olmasını artırır, ürəyi və əzələləri aktivləşdirir, qan dövranını yaxşılaşdırır və əzələləri rahatlaşdırır, eləcə də, əhval-ruhiyyəni yaxşılaşdırır, qan təzyiqini normallaşdırır, rahatlıq və dinclik hissi yaradır.
Gülüşün təbii ağrıkəsici kimi çıxış edərək ağrıları azalda biləcəyini də qeyd edən həkimlər vurğulayıblar ki, gülüş psixi sağlamlığa müsbət təsir göstərir və immunitet sistemini gücləndirməyə də kömək edə bilər.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.