AZ

Dünya çempionatı: Azərbaycanın iki cüdoçusu mübarizəyə qoşulur

BAKI, 17 iyun. TELEQRAF

Bu gün Azərbaycanın iki cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında mübarizəyə qoşulacaq.

Teleqraf xəbər verir ki, beşinci yarış günündə 90 kq çəki dərəcəsində mübarizə aparan Elcan Hacıyevlə Vüqar Talıbov tatami üzərinə çıxacaq.

Talıbov yarışa 1/32 final mərhələsindən başlayacaq. O, gürcüstanlı Luka Maisuradze ilə münasibətlərinə aydınlıq gətirəcək.

İlk mərhələdən azad olan Hacıyev isə Özbəkistan təmsilçisi Nurbek Murtozoyevlə mavrikiyalı Remi Föyye cütünün qalibi ilə qarşılaşacaq.

Dünya çempionatı

17 iyun

90 kq

1/16 final. Elcan Hacıyev - Nurbek Murtozoyev (Özbəkistan) / Remi Föyye (Mavrikiya) cütünün qalibi

1/32 final. Vüqar Talıbov - Luka Maisuradze (Gürcüstan)

Qeyd edək ki, indiyədək fərdi mübarizədə Azərbaycanın 4 qadın cüdoçusunun hamısı mübarizəni erkən dayandırıb. Beş kişi cüdoçudan isə Zelim Tçkayev 81 kq çəki dərəcəsində bürünc medal qazanıb, Rəşid Məmmədəliyev 73 kq çəkidə 7-ci yeri tutub.

Seçilən
13
teleqraf.com

1Mənbələr