AZ

Kiyevə hücum: çoxmərtəbəli binalar dağılıb, ölən və çoxlu yaralı var

ain.az, Reyting.az portalına istinadən məlumat yayır.

Rusiya ordusu gecə saatlarında pilotsuz təyyarələr və raketlərlə Ukraynanın paytaxtı Kiyevə kütləvi hücum edib, əsasən yaşayış binaları vurulub. İlkin məlumata görə, 20-yə yaxın yaralı var və onların sayı arta bilər.Reyting.az Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenkonun sözlərinə görə, dağıntılar Solomenski, Svyatoşinski, Darnitski, Dneprovski, Podolski və Obolonski rayonlarında 12 məntəqədə qeydə alınıb.Tkaçenko deyib ki, Svyatoşinski rayonunda çoxmərtəbəli binalara hücum nəticəsində 18 qurban var. Onlardan 12 nəfərə yerində yardım göstərilib, 6 nəfər xəstəxanaya yerləşdirilib.Beş mərtəbəli binaya hücum nəticəsində yanğın baş verib. Digər yerdə isə çoxmərtəbəli bina qismən dağılıb. Hazırda xilasedicilər dağıntıları təmizləyir və dağıntılar altında qalmış insanları axtarırlar. Mer Vitali Kliçko Kiyevə hücum zamanı Solomenski rayonunda 62 yaşlı ABŞ vətəndaşının öldüyünü bildirib. Hücum nəticəsində Kiyev Aviasiya İnstitutunun yataqxanalarına da ziyan dəyib. ELÇİN

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
1
reyting.az

2Mənbələr