AZ

Britaniya diplomat ailələrini İsraildən çıxarır

Böyük Britaniya Tel-Əviv səfirliyi və Qüds konsulluğunda çalışan işçilərin ailələrini ölkədən çıxarıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb İranın İsrailə raket hücumları olub.

Nazirlik əlavə olaraq, İranın raket və pilotsuz təyyarə zərbələrindən sonra İsrail və işğal olunmuş Fələstin ərazilərinaingilislərin səyahət etməməsi haqda xəbərdarlıq edib: "Böyük Britaniyanın Təl-Əviv səfirliyi və Qüds Konsulluğunda çalışan işçilərin ailələri ehtiyat tədbiri olaraq ölkədən müvəqqəti çıxarılıb. Səfirlik və konsulluq öz əsas vəzifələrini yerinə yetirməyə davam edir".

Nazirlik, həmçinin ölkənin tərk etmək istəyən Britaniya vətəndaşlarının diqqətinə Tel-Əvivdəki Ben Qurion Beynəlxalq Hava Limanından uçuşların həyata keçirilmədiyini xatırladıb. Və ölkənin quru yolla ayrıla biləcəkləri qeyd edilib. Məlumatda İordaniya və Misir sərhədlərində quru sərhəd qapılarının açılış və bağlanma saatları da paylaşılıb: "İordaniya və Misirlə quru sərhəd qapıları açıqdır, lakin bu hər an, hətta xəbərdarlıq olunmadan bağlana və ya keçid saatları dəyişə bilər. Odur ki, yola çıxmazdan əvvəl səyahət etmək istədiyiniz qonşu ölkələrin xəbərdarlıqlarını yoxlayın".

Tahir Şəlvəli
MİA.AZ

Seçilən
15
2
mia.az

3Mənbələr