AZ

Tramp G7 sammitini yarımçıq tərk edir: Təhlükəsizlik Şurasını toplayacaq

ABŞ prezidenti Donald Tramp Yaxın Şərqdəki vəziyyətlə əlaqədar Kanadada keçiriləcək G7 sammitini vaxtından əvvəl tərk edərək Amerika paytaxtına yollanacaq.

Musavat.com xəbər verir ki, bunu jurnalistlərə Ağ Evin mətbuat katibi Karolin Levitt bildirib.

“Prezident Tramp bir çox vacib məsələləri həll etmək üçün bu gün axşam Vaşinqtona qayıdacaq. Prezident Tramp G7 sammitində əla gün keçirdi, Böyük Britaniya və baş nazir Keir Starmer ilə böyük ticarət sazişi imzaladı. Çox şey əldə edilib, lakin Yaxın Şərqdə baş verənlərə görə prezident Tramp bu axşam dövlət başçıları ilə nahardan sonra yola düşəcək".

Tramp özü də jurnalistlərə deyib ki, o, G7 sammitini tez bir zamanda tərk etməli və Vaşinqtona qayıtmalıdır.

G7 liderlərinin protokol fotosessiyasından sonra Vaşinqtona niyə tez uçmalı olduğu ilə bağlı sualları cavablandıran Ağ Evin rəhbəri "Mən geri qayıtmalıyam, bu çox vacibdir" deyib. Prezident “aşkar səbəblərin” olduğunu vurğulayıb: "Yəqin ki, siz mənim gördüklərimi görürsünüz və mən mümkün qədər tez geri qayıtmalıyam. Mən sabaha qədər qalmaq istərdim, amma onlar başa düşürlər".

"Fox News"un jurnalisti Lourens Cons "X" hesabında yazıb ki, Tramp Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclasının keçirilməsi barədə göstəriş verib:

"Mənə məlumat verilib ki, prezident Kanadada G7 dövlət başçıları ilə şam yeməyində iştirak edəcək və sonra dərhal Vaşinqtona gedəcək. O, Milli Təhlükəsizlik Şurasına Ağ EvinSituasiya Otağında hazır olmasını əmr edib".

Musavat.com

Seçilən
23
1
musavat.com

6Mənbələr