AZ

Yeni mövsümə hazırlıq: fəallar və sakitliyi seçənlər

futbolpress-az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycan Premyer Liqası klubları yeni mövsümün çalışmalarına start verib.

“Neftçi” bu ana qədər fəal komandalardandır. Başa çatan mövsümü 6-cı sırada bitirən “ağ-qaralar” iddialı heyət qurmaq üçün çalışmaları sürətləndirib. Hələlik yeni transfer olmasa da, klubda əməlli “təmizlik” gedir. “Neftçi”də artıq 8 futbolçu ilə yollar ayrılıb. Xüsusilə legionerlərə “qapını” göstərən klub rəhbərliyi demək olar, hər mövqeyə də oyunçu axtarışındadır.

Gedənlərin daha çox olduğu digər klub isə “Turan Tovuz”dur. Avrokuboklardan kənarda qalan bölgə təmsilçisində 9 futbolçu ilə yollar ayrılıb. Gedənlərin yenə olacağı istisna edilmir.

Transferdə “səssiz” qalan isə “Karvan” və “İmişli”dir. Yeni mövsümdə elitada çıxış edəcək komandalarda qeyri-müəyyən durum hökm sürür. Hələ harda oynayacağı dəqiqləşməyən kollektivlər transfer müddətini də sakit keçirir.

Avrokuboklarda iştirak edəcək “Zirə”, “Araz-Naxçıvan” gələnlər və gedənlərlə ara-sıra gündəmə gəlir. Avropa Liqasında yarışacaq “Sabah” isə baş məşqçi Vasili Berezutski ilə vidalaşıb və ilk növbədə bu posta təyinat gündəmdədir. İlk məqamda baş məşqçi məsələsini həll etməyə çalışan “bayquşlar” Avropa Liqasında yarışa I təsnifatdan başlayacaq və artıq ilk oyuna bir ay vaxt qalıb.

Baş məşqçi postu boş olan digər komanda isə “Sumqayıt”dır. “Kimyaçılar”la da ara-sıra baş məşqçi məsələsi ilə bağlı iddialar səslənsə də, hələ konkret nəsə yoxdur.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
1
futbolpress.az

2Mənbələr