AZ

Bakıda tanışına qarşı dələduzluq edən şəxs kassasiya şikayəti verdi

Bakıda vətəndaşı işə düzəltmək adı ilə dələduzluq etməkdə təqsirləndirilən Samir İsmayılovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmədə araşdırılacaq.

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.İsmayılov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

 

Qeyd: Təqsirləndirilən şəxs S.İsmayılov tanışı olan Elxan Əliyevin etibarından sui-istifadə edərək ona qarşı külli miqdarda dələduzluq edib. Belə ki, o, zərərçəkmiş şəxsi işə düzəltmək və biznesə şərik etmək adı ilə aldadaraq 57 min 800 manat maddi ziyan vurub.

 

S.İsmayılova qarşı Cinayət Məcəlləsinin 178.3.2-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsində ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

 

 

 

Tarix: 17 İyun 2025, 08:08   
Seçilən
15
50
pravda.az

10Mənbələr