AZ

Kanada G7 sammitində Ukraynaya yeni yardım paketini açıqlayacaq

Kanadanın baş naziri Mark Karni sabah, iyunun 17-də keçiriləcək G7 sammitində Ukraynaya yeni hərbi yardım paketini açıqlayacaq. Bu barədə CBC News xəbər verir.

Qeyd olunur ki, Kanada hökuməti bundan əvvəl Ukraynaya hərbi yardım və müdafiə sahəsində tərəfdaşlıqların genişləndirilməsi üçün 2 milyard Kanada dolları (təxminən 1,5 milyard ABŞ dolları) ayırıb.Nəşrin mənbələrinin bildirdiyinə görə, hökumətin bu büdcədən Ukraynaya nə qədər pulun getdiyini və nəyə xərclənəcəyini açıqlaması gözlənilir.

Həmçinin Kanadanın Baş naziri ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında ikitərəfli görüş və sammitdə iştirak edən bütün liderlərin dəvət olunduğu “Güclü və Suveren Ukrayna” mövzusunda işçi səhər yeməyi olacaq.

Xatırladaq ki, yay sammiti Alberta ştatının Kananaskis şəhərində keçirilir. Kanada artıq yeddinci dəfə G7-yə sədrlik edir.

Əziz Mustafa, Oxuməni.az

Seçilən
15
1
oxumeni.az

2Mənbələr