AZ

Fazil Mustafa: “Təəssüf ki, təhsili hələ ciddiləşdirə bilmirik”

ain.az, Pravda.az portalına istinadən məlumatı açıqlayır.

Milli Məclisin deputatı Fazil Mustafa məktəblərdə keçirilən “Son zəng” tədbirlərində kriminal aləmə aid loqoların məktəbli köynəklərinə yazılması, cinayət aləminə aid mahnıların oxunması barədə sosial şəbəkələrdə yayılan görüntülərdən danışıb.

Komitə sədri Pravda.az-a açıqlamasında deyib ki, təhsildə islahatlara ehtiyac var.

“Məktəbli artıq elə bir mühitdə yetişən insandır ki, beyninə nə həkk ediblərsə, onu da edir. Buna görə də məktəblidən xüsusi nəsə gözləmək olmur. İndi kitab oxuyan çox azdır. Dünyagörüşü məhduddur. Məktəbli hara meyil etməlidir? Ən sadə - ya modelyerlərə, ya kriminala, ya da hansısa dünyaya... Buna görə də məsələyə fərdi qaydada yanaşılmamalıdır. Bütövlükdə cəmiyyət olaraq ciddi təhsil islahatı keçirməli, təhsilə baxışı dəyişməli, təhsili ciddiləşdirməliyik. Təəssüf ki, təhsili hələ ciddiləşdirə bilmirik. Buna görə də məktəbdən tutmuş universitetə qədər oxşar mühitdir və bunu dəyişməyə gücümüz çatmır”, - o bildirib.

Aytəkin Qardaşova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
3
pravda.az

4Mənbələr